“TikTok” uğruna nüfuzunu riskə atanlar – Müəllim adına belə zərbə vurulur

Sosial şəbəkələr gündəlik həyatımızın elə ayrılmaz hissəsinə çevrilib ki, sanki gözümüzü dünyaya açandan bu texnologiyaların içində olmuşuq. Xüsusilə də orta və yaşlı nəsil insanlar sosiallaşmaq məsələsində texnologiya dövrünün gənclərini kölgədə qoyublar.
Sual yaranır: Bəs əlindən kitab, qəzet düşməyən, hər fürsətdə yeni nəslə bunu aşılamaq adı ilə qaxınc edən bu ağsaqqal və ağbirçəklərə nə oldu? Niyə indi sosial şəbəkələrdən çıxa bilmirlər?
Üstəlik sosial platformanın daha ciddi kontentində görünsələr, bəlkə də bu qədər müzakirə mövzusu olmazdılar, amma Tiktok kimi qeyri-ciddi şəbəkədə canlı açıb, hədiyyə qazanmaq üçün yaşlarına yaraşmayan hərəkət etmələri ikrahdoğurucudur.
Xüsusilə son zamanlarda müəllimlərin də sosial şəbəkələrdə, canlı yayımlarda aktiv iştirak etməsi cəmiyyətdə qınağa səbəb olur. Bəziləri bunu müəllimlərin müasir dövrə uyğunlaşması, onların də sıradan insan olması kimi qiymətləndirsə də, digərləri belə fəaliyyətin müəllimin peşə nüfuzuna və şagirdlərlə münasibətlərinə mənfi təsir göstərə biləcəyini bildirirlər.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı təhsil üzrə ekspert, əməkdar müəllim İradə Qayıbova Bizim.Media-ya bildirib ki, sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilsə də, müəllimlər illərlə qazandığı nüfuzu və nümunəvi müəllim adının dəyərini unutmamalıdır:
“Heç olmasa, gənc müəllimələr canlıda hansısa səviyyəsiz hərəkət etsə, yaşını və onun böyüdüyü dövrü nəzərə alıb keçmək olar. Amma 50-60 yaşlı müəllimlərin canlı açıb peşəsini nəzərə almadan artıq-əskik hərəkətlərinə məəttəl qalmamaq mümkün deyil. Axı bu insanlar həm yaş, həm təcrübə baxımından atdığı addımları, peşəsinin nüfuzunu qorumalıdırlar. Yeniyetmələrə nümunə olmaq əvəzinə, onları doğru yoldan kənarlaşdırmaq müəllim adına ləkədir. Müəllim öz şagirdləri ilə deyə-gülə, şənlənə bilər, amma bayağı hərəkətlərə yol verməməlidir. Məktəbdə olduğu kimi, kənarda da pərdəni gözləməlidir”.
Ekspert vurğulayıb ki, sosial şəbəkə doğru istifadə etdikdə, əslində çox faydalıdır:
“İstər məktəbdə, istərsə də dərsdən kənar görülən işlər, qeyd edilən tədbirlər, ədəbi gecələrlə bağlı paylaşımlar oluna bilər. Yaxud müəllim öz şagirdinin uğurlarından bəhs edər, bununla da öz savad və bacarığını təsdiqləmiş olar. Zamanla ayaqlaşmaq lazımdır, əlbəttə, amma ad və nufuzunu itirməmək şərtilə”.
Qeyd edək ki, “Təhsilverənlərin etik davranış Qaydaları”na əsasən Təhsilverən işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.
Bu qızıl mağazalarından alış-veriş etməyin - XƏBƏRDARLIQ
Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA
Bakıda gecələr görünməyən TƏHLÜKƏ: "Sürücülər çalaya düşürlər" - VİDEO
Bakıya yağan yağışlara bağlı - Ekoloqdan REAKSİYA
Pensiyaçıların NƏZƏRİNƏ!
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
Deputat müjdəni verdi - İşsizlərə şad xəbər
Yeddi illik baxımsızlıq: Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda yay belə keçəcək - TƏHLÜKƏ VAR
Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?
Qonşu ölkədə nəqliyyatın hamilələr üçün pulsuz olması təklif edilir










