Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR

Azərbaycan dövləti xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyətini diqqət mərkəzində saxlayır, onların dövlət xidmətlərindən istifadəsi yönündə mühüm addımlar atır. Prezident İlham Əliyevin tapşırığı ilə aprelin 3-dən 5-dək ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğunun binasında Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının Səyyar “ASAN xidmət” vasitəsilə qəbulu da bu məqsədlə təşkil olunub. Avtosfer.az xəbər verir ki, səyyar “ASAN xidmət” Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə baş tutub.
Vətəndaşlarımızın istifadə etmək istədikləri xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı baş konsulluğun rəsmi internet səhifəsində yerləşdirilib. 3 gün ərzində Türkiyədə yaşayan 800-dən çox vətəndaşımız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən istifadə edə bilib. Prosesin gələcəkdə digər xarici ölkələrdə də təşkili planlaşdırılıb.
Qeyd edək ki, ölkə xaricində ilk dəfə olaraq 30 avqust – 4 sentyabr 2022-ci il tarixində Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST günləri) çərçivəsində Səyyar “ASAN xidmət” təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən xidmət nəticəsində Türkiyədə yaşayan 400-ə yaxın Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə xidmətlər göstərilib.
Bundan başqa, Türkiyə ərazisində sənədsiz yaşayan Azərbaycan vətəndaşlarının problemləri də illərdir dövlətimizin və Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “1990-cı illərdən etibarən İstanbul şəhərinə mühacirət etmiş və hazırda qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarına dair Tədbirlər Planı”nın icrası məqsədilə aidiyyəti dövlət qurumlarının, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət İşçi Qrupu 2022–2024-cü illər ərzində ümumilikdə 12 dəfə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda müsahibələr keçirib. Bu müsahibələr zamanı ümumilikdə 7604 nəfərin müraciətləri cavablandırılıb, onlardan 3726 müraciət pasport rəsmiləşdirilməsi ilə bağlı olub.
Qeyd edək ki, azərbaycanlı miqrantların kompakt və qeyri-rəsmi məskunlaşdığı ərazilər İstanbulun 26 rayonu üzrə 50-yə yaxın məhəlləni əhatə edir. Komitə tərəfindən Tədbirlər Planına uyğun olaraq Türkiyədə diaspor təşkilatları və fəallarından ibarət koordinasiya şəbəkəsi yaradılaraq bu istiqamətdə maarifləndirmə və təbliğat işləri həyata keçirilib. Müsahibələr dövründə Komitə tərəfindən İşçi Qrupun həmin ünvanlarda yerində görüşləri təşkil olunub, soydaşlarımızın problemləri araşdırılıb və zəruri dövlət xidmətlərinə əlçatanlıq təmin edilib.
Analoji proses Türkiyənin Şərqi Anadolu bölgəsində də həyata keçirilib. “Türkiyə Respublikasının Qars şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun konsulluq dairəsinə daxil olan ərazilərdə qeyri-qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşı olması ehtimal olunan şəxslərə dair Tədbirlər Planı”nın icrası məqsədilə İşçi Qrup 2025-ci ilin 19-23 fevral, 23-27 oktyabr və 20-24 noyabr tarixlərində Türkiyə Respublikasının Qars və İğdır şəhərlərinə səfər edib. Səfər zamanı dövlət qurumları, icra strukturları, bələdiyyələr və müftülüklərlə görüşlər keçirilib, Komitə əməkdaşları tərəfindən təbliğat-təşviqat və maarifləndirmə işi aparılıb, həm ümumi, həm də fərdi görüşlər təşkil edilib.
2025-ci ilin 24-26 oktyabr və 21-23 noyabr tarixlərini əhatə edən müsahibə çərçivəsində İşçi Qrup tərəfindən ümumilikdə 105 nəfər şəxsin müraciəti cavablandırılıb, ümumilikdə isə 81 xidmət həyata keçirilib. Türkiyə Respublikasının Qars şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə gündə iki dəfə müəyyən edilmiş qrafik üzrə İğdır-Qars-İğdır marşrutu ilə avtobus reysləri təşkil olunub, 74 nəfərin avtobusla, 31 nəfərin isə fərdi qaydada yola salınması və qarşılanmasında Komitə əməkdaşları iştirak edib.
Soydaşlarımız göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnnətdarlılqlarını bildiriblər.
Qeyd edək ki, xaricdə Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Bütün bunlar bir daha göstərir ki, xaricdə yaşayan azərbaycanlıların problemləri Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir.
Evləri sökülən vətəndaşların nəzərinə - Aldanmamaq üçün bunu mütləq edin
Güclü yağışlardan sonra xəstəliklərlə bağlı XƏBƏRDARLIQ
Bakıda əmlak bazarı çökdü - Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü
Bağçalarda uşaqlara verilən qidalar nə qədər sağlamdır? – RƏSMİ AÇIQLAMA
Güclü külək və yağışlarda təhlükəsizlik qaydalarına riayət olunmalıdır - EKSPERT
Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi - SƏRNİŞİNLƏRİN DİQQƏTİNƏ
Sosial şəbəkədə hansı paylaşımlar qanunsuz sayılır? - 2 min manatadək ... - VİDEO
Heydər Əliyev prospektində tunelin ətrafındakı su kütləsi aradan qaldırıldı - VİDEO
Badamdar yamacındakı sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Sulutəpə-Hökməli yolu təmizləndi, hərəkət bərpa olundu - VİDEO
Leysana görə Puta gölünə beton boru qoyuldu - FOTO - VİDEO










