Tütün hər il 7 milyondan çox can alır - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Ümumdünya Tütünsüz Günü kimi qeyd edilir.
Bu günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.
Avtosfer.az xəbər verir ki, ÜST bu il Ümumdünya Tütünsüz Gününü gənclərin bu zərərli vərdişdən qorunmasına həsr edib.
ÜST xəbərdarlıq edir ki, tütün və nikotin şirkətləri öz məhsullarını xüsusilə yeniyetmələr və gənclər üçün daha cəlbedici, istifadəsi daha asan və tərgitməsi daha çətin olacaq şəkildə qəsdən layihələndirirlər.
Bildirilib ki, tütün istifadəsi hər il 7 milyondan çox insanın ölümünə səbəb olur. Bu, dünyada qarşısı alına bilən ölüm səbəblərindən biri olub ürək-damar xəstəlikləri, tənəffüs xəstəlikləri və 20-dən çox xərçəng növü ilə əlaqəlidir.
ÜST dünyanın 1 milyarddan çox tütün, elektron siqaret və nikotin qəlyanaltısı istifadəçisini ilk addımı atmağa və 31 mayda asılılıqdan azad olmağa çağırır.
Dünya üzrə 13–15 yaş arasında azı 40 milyon uşaq tütün məmulatından istifadə edir və gənclər arasında elektron siqaret və nikotin qəlyanaltılarının (nikotin pouçları) istifadəsi artmaqda davam edir.
Tütün epidemiyası ilə mübarizə sahəsində dünya ölkələrində olduğu kimi Azərbaycanda da səylər göstərilir. 2005-ci ildə Azərbaycan Respublikasının ÜST nin “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyasına qoşulması, tütünlə mübarizə üzrə qanunvericilik bazasının daim gücləndirilməsi və təkmilləşdirilməsi istiqamətində aparılan zəruri addımlar ölkədə tütünə qarşı mübarizə sahəsində və insanların tütün tüstüsünün törətdiyi təhlükələrə qarşı cavab tədbirləri bariz nümunələridir.
Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib. Bu sənədin icrası üzrə həyata keçirilən ardıcıl tədbirlər əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












