Varlılar dollardan imtina edir - SƏBƏB

Geosiyasi qeyri-müəyyənlik və ABŞ dövlət borcunun artması fonunda dünyanın ən varlı ailələri Amerika dollarına yatırımlarını azaldır. Ailə ofislərinin böyük hissəsi yaxın bir ildə dolların dünya ehtiyat valyutası kimi mövqeyinə etimadın zəifləyəcəyini gözləyir.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsveçrənin UBS bankının araşdırmasına istinadən məlumat yayıb.
Sorğuya əsasən, ailə ofislərinin təxminən üçdə ikisi yaxın bir il ərzində Amerika valyutasına dünya ehtiyat aktivi kimi etimadın zəifləyəcəyini düşünür. Respondentlərin təxminən yarısı investisiya portfellərinin dollar valyutasından həddindən artıq asılı olduğunu hesab edir.
Sorğuda iştirak edənlərin dörddə birindən çoxu artıq dollar aktivlərinə yatırımları azaltdıqlarını və ya bunu planlaşdırdıqlarını bildirib.
Sorğu 2026-cı il yanvarın 22-dən martın 30-dək aparılıb. Bu, dolların məzənnə dinamikasına görə bir çox digər valyutaları qabaqlamağa başlamasından əvvəlki dövrə təsadüf edib.
Eyni zamanda dünyanın varlı ailələri alternativ investisiyalara yüksək maraq göstərməkdə davam edir. Xüsusilə ailə ofisləri özəl kapitala, infrastruktur layihələrinə və daşınmaz əmlaka yatırımları artırırlar.
Hesabatda həmçinin qeyd olunur ki, investorlar aktivlərin regional diversifikasiyasını daha diqqətlə qiymətləndirir və ayrı-ayrı valyuta və bazarlardan asılılığı azaltmaq yollarını axtarırlar.(axar.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












