Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO

Paytaxtın Xətai rayonu Lütfizadə küçəsində su borusunun partlaması ərazidə ciddi problemlərə səbəb olub. Hadisədən sonra aidiyyəti qurumlar tərəfindən ərazi təhlükəsizlik məqsədilə lentlə əhatələnib.
Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, problemin aradan qaldırılması gecikdirilir. Onlar iddia edirlər ki, boru hələ də tam şəkildə dəyişdirilməyib və nəticədə əraziyə fasiləsiz olaraq su axır. Su axını küçədə gölməçələrin yaranmasına, yol örtüyünün zədələnməsinə və ətraf binalara yaxınlaşaraq gündəlik həyatı çətinləşdirməsinə səbəb olub. Vəziyyət artıq bir neçə gündür davam edir və hər gün daha da ağırlaşır. Xüsusilə piyadalar və avtomobillər üçün hərəkət çətinləşib, eyni zamanda israf olunan su da narahatlıq doğurur. Ərazidə yaşayanlar aidiyyəti qurumdan problemin qısa zamanda və əsaslı şəkildə həll olunmasını, su borusunun tam dəyişdirilməsini və küçənin əvvəlki vəziyyətinə qaytarılmasını tələb ediblər.
Yaranan problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum təmir işlərini tam aparır və tezliklə yekunlaşacaq:
“Xətai rayonu Lütfizadə küçəsindən keçən içməli su xəttində qəza baş verib. Qəzanın aradan qaldırılması üçün Xətai rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən şəbəkənin təmiri və bərpası istiqamətində işlər görülür. Təmir işləri normativ qaydalara uyğun aparılır və qısa müddətdə işlərin yekunlaşdırılması nəzərdə tutulur”.
Nurcan Babək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












