Vətəndaşlar üçün 7 günlük iş qrafiki – Hüquqi tələblər və risklər AÇIQLANDI

Son dövrlərdə iş elanlarında bəzi vakansiyaların qeyri-ənənəvi iş qrafikləri ilə diqqət çəkdiyi müşahidə olunur. Məsələn, bəzi vəzifələrdə işçilər həftənin 7 günü fəaliyyət göstərmək və ya həftə sonları yalnız onlayn rejimdə işləmək tələb olunur. Bu cür qrafiklər əmək bazarında yeni tendensiya kimi ortaya çıxsa da, işçilər arasında müəyyən narahatlıqlar doğurur.
Avtosfer.az xəbər verir ki, belə iş şəraitində işçilərin hüquqları necə qorunur, əlavə ödəniş və ya kompensasiyanın tətbiqi varmı, həmçinin bu qrafiklərin işçi motivasiyası və iş–həyat balansına təsiri necə olur kimi suallar gündəmə gəlir. Eyni zamanda, bu cür qeyri-ənənəvi qrafiklərin vakansiya elanlarında açıq şəkildə göstərilməsi və işçilərin əvvəlcədən məlumatlandırılması məsələsi də maraq doğurur.

Məsələ ilə bağlı İnsan Resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, 7 günlük iş rejimi yalnız fasiləsiz istehsalat və xidmət sahələrində, növbəli iş rejimi və ya cəmlənmiş iş vaxtı uçotu tətbiq olunduqda mümkündür:
“Belə iş rejimləri əsasən mühafizə və təhlükəsizlik, səhiyyə, istehsalat, nəqliyyat və fasiləsiz xidmət sahələrində tətbiq olunur. Əmək münasibətlərində əsas prinsip normal iş vaxtına riayət olunmasıdır. İş elanlarında rast gəlinən 7 günlük iş qrafiki anlayışı bütün vakansiyalar üçün ümumi qayda deyil. Qanunvericiliyə görə müəssisə 7 gün fəaliyyət göstərə bilər, lakin bu, işçinin 7 gün ardıcıl işləməsi demək deyil. Belə iş rejimi yalnız fasiləsiz istehsalat və xidmət sahələrində, növbəli iş rejimi və ya cəmlənmiş iş vaxtı uçotu tətbiq edildikdə mümkündür. Bu hallarda işçilərə istirahət günləri həftənin digər günlərində qrafik üzrə verilir, ümumi iş vaxtı isə qanunla müəyyən edilmiş normanı aşmır. Bundan əlavə, gecə növbələrinin tətbiqi zamanı Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə əməl olunmalı, xüsusilə həssas kateqoriyadan olan işçilərin hüquqları qorunmalıdır. 7 günlük iş qrafiki yalnız real istehsalat zərurəti olduqda, qanunvericiliyin bütün tələblərinə riayət edilməklə və şəffaf növbə mexanizmi əsasında tətbiq olunmalıdır. Əks halda bu cür iş rejimləri həm hüquqi risk yaradır, həm də işçi məmnuniyyəti və davamlılığı baxımından mənfi nəticələrə səbəb olur”.

Hüquqşünas Ramil Süleymanov isə deyib ki, qanun işçilərin həftəlik normal iş saatlarını qorumağı və əlavə iş saatlarına görə müvafiq ödənişin təmin olunmasını tələb edir:
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, ölkədə həftəlik 40 saatlıq iş rejimi tətbiq olunur. Qanunvericilikdə birbaşa göstərilir ki, həftəlik 5 günlük iş rejimi olduqda iş günü 8 saatdan çox olmamalıdır, həftəlik 6 günlük iş rejimi tətbiq edildikdə isə iş günü 7 saatdan artıq olmamalıdır. Amma 7 günlük iş rejiminin tətbiqi yalnız işçi və işəgötürən arasında qarşılıqlı razılaşma əsasında mümkündür. Belə olan halda, işçiyə həftəlik iş saatından əlavə işlədiyi saatlara görə qarşılıqlı razılaşma əsasında ödəniş verilməlidir. Əlavə iş saatlarına görə ödəniş minimum olaraq günlük iş saatının orta aylıq tarif maaşına uyğun iki misli tətbiq edilməklə təmin olunmalıdır”.
Nurcan Babək
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












