Xocəsəndəki marşrut avtobusunun vəziyyətindən vətəndaşlar NARAZIDIR – ŞİKAYƏT - FOTO

İctimai nəqliyyat şəhər həyatının ayrılmaz hissəsi olmaqla minlərlə insanın gündəlik hərəkət ehtiyacını qarşılayır. Xüsusilə paytaxtda avtobus marşrutları vətəndaşların işə, təhsilə və digər istiqamətlərə rahat və təhlükəsiz şəkildə çatmasında mühüm rol oynayır. Bu səbəbdən, ictimai nəqliyyatda xidmət keyfiyyəti, nəqliyyat vasitələrinin texniki vəziyyəti və sərnişinlərin rahatlığı daim diqqət mərkəzində olmalıdır. Lakin bəzi marşrutlarda mövcud vəziyyət bu tələblərə tam cavab vermədiyini göstərir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Xocəsən qəsəbəsində Yeni yaşayış massivi və “Xocəsən” metro stansiyası istiqamətində hərəkət edən 155 nömrəli marşrut avtobuslarının texniki vəziyyəti ciddi narahatlıq doğurub. Marşrutdan gündəlik istifadə edən sərnişinlərin sözlərinə görə, avtobuslar uzun müddətdir istismar olunduğundan köhnəlib, baxımsız vəziyyətdədir və müasir tələblərə cavab vermir. Qapıların sınıq olması, oturacaqların əksəriyyətinin yararsız vəziyyətə düşməsi, salonun ümumi vəziyyətinin isə qənaətbəxş olmaması sərnişinlərin narazılığına səbəb olub.
Xüsusilə uzun məsafə qət edən və səhər-axşam saatlarında bu marşrutdan istifadə edən vətəndaşlar üçün mövcud vəziyyət əlavə çətinlik yaradır. Avtobuslarda rahat oturmaq mümkün deyil, bəzi hallarda təhlükəsizlik kəmərləri və tutacaqlar da nasaz vəziyyətdə olur. Bu isə həm yaşlılar, həm də uşaqlı ailələr üçün ciddi risklər yaradır.
Mövcud vəziyyət ictimai nəqliyyatda xidmət səviyyəsinin nə dərəcədə qənaətbəxş olması məsələsini yenidən gündəmə gətirir. Bəs görəsən 155 nömrəli marşrut avtobusları nə zaman yenilənəcək? Vətəndaşlar aidiyyəti qurumlardan, eləcə də daşıyıcı şirkətdən problemin həllini tələb edib.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, qurum tərəfindən daşıyıcılara avtobus parkının yenilənməsi barədə mütəmadi olaraq tapşırıqlar verilir: "Fəaliyyətlərində nöqsanlar aşkarlanan daşıyıcılara müvafiq tədbirlərin görülməsi barədə göstərişlər də verilir. Tədbirlər görülmədiyi təqdirdə, marşrut xətləri müsabiqəyə çıxarılır.
“Xocəsən” metrostansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 155 nömrəli marşrut xəttində də avtobuslar yenilənməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq".
Nurcan Babək
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












