Yediyiniz "fəst fud"un arxasındakı riskləri bilirsiniz? - Mütəxəssis AÇIQLADI

Bir sıra "fəst fud" (sürətli yemək) məhsulları toyuq əti ilə hazırlanır. Bəzən isə bu məhsulların toyuq olmadığı və ya tam bişmədiyi ilə bağlı şikayətlər olur.
Bəs toyuqdan "fəst fud" hazırlanarkən nələrə diqqət etmək lazımdır?
Avtosfer.az-ın məlumatına görə, Redaktor.az-a danışan qida eksperti Fərid Sərəfov bildirdi ki, toyuqdan hazırlanan bu məhsullarının təhlükəsiz hazırlanması çox vacibdir:
“Çünki toyuq əti düzgün saxlanılmadıqda və ya tam bişirilmədikdə qida zəhərlənməsi riski yarana bilər. Xüsusilə də son illər bəzi məhsulların içinin çiy qalması və ya keyfiyyətsiz xammaldan istifadə olunması ilə bağlı şikayətlər bu mövzuya diqqəti artırır. Toyuqdan hazırlanan bu məhsullarda ilk diqqət edilməli məqam məhsulun mənşəyidir. İstifadə olunan toyuq baytarlıq nəzarətindən keçmiş, düzgün şəraitdə saxlanılmış və son istifadə tarixi uyğun olan məhsul olmalıdır. Donmuş məhsulun dəfələrlə əridilib yenidən dondurulması həm dadı, həm də təhlükəsizliyi ciddi şəkildə poza bilər”.

Müsahibimiz vurğuladı ki, qida hazırlanarkən gigiyena əsas şərtlərdəndir:
“Çiy toyuqla təmas edən bıçaq, doğrama taxtası və əlcək kimi vasitələr digər məhsullarla qarışdırılmamalıdır. Əks halda bakteriyalar başqa qidalara da keçə bilər. Ən vacib məqamlardan biri isə bişirmə temperaturudur. Toyuq əti tam bişməlidir, iç hissəsində çəhrayı və ya qanlı görüntü qalmamalıdır. Xüsusilə nugget, burger və dönər kimi məhsullarda yalnız çölünün qızarması kifayət etmir. Çünki yüksək temperatur yalnız səthi deyil, məhsulun mərkəz hissəsini də tam bişirməlidir. Bundan əlavə, "fəst fud" məhsulları uzun müddət açıq şəkildə saxlanmamalı, isti servis edilən məhsullar uyğun temperaturda qorunmalıdır. Souslar, mayonez və salatlar da düzgün saxlanmadıqda risk yarada bilər. İstehlakçılar da məhsul alarkən diqqətli olmalıdır. Qəribə qoxu, həddindən artıq yumşaq və ya rezin kimi tekstura, iç hissəsinin çiy görünməsi kimi hallarda məhsulu istifadə etmək düzgün deyil. Keyfiyyətli və gigiyenaya diqqət edən məkanlara üstünlük vermək sağlamlıq baxımından daha təhlükəsiz seçimdir”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












