Yeni 100 manatlıqdan sonra köhnə əskinasların taleyi necə olacaq? - Aydınlıq gətirildi

Azərbaycan Mərkəzi Bankının yenilənmiş dizayna və müasir mühafizə elementlərinə malik 100 manatlıq əskinası tədavülə buraxması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Yeni əskinasın dövriyyəyə daxil olması fonunda vətəndaşları düşündürən əsas məsələlərdən biri də köhnə dizaynlı 100 manatlıqların gələcək taleyidir.
Bəs köhnə 100 manatlıq əskinaslar mərhələli şəkildə tədavüldən çıxarıla bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, köhnə nümunəli 100 manatlıq əskinasların gələcəkdə tədricən tədavüldən çıxarılması mümkündür.
“Amma bu o demək deyil ki, kiminsə əlində həmin əskinaslar qalarsa, onlardan istifadə edə və ya dəyişdirə bilməyəcək. Vətəndaşlar istənilən vaxt Azərbaycan Mərkəzi Bankına müraciət edərək köhnə əskinasları yeniləri ilə dəyişə bilərlər. Bunun üçün vaxt məhdudiyyəti yoxdur. Üstündən nə qədər vaxt keçməsindən asılı olmayaraq, Mərkəzi Bank həmin əskinasları dəyişdirəcək”.
Ekspert qeyd edib ki, yeni dizaynlı əskinasların dövriyyəyə buraxılmasında əsas məqsəd nağd pulun təhlükəsizliyini artırmaq, saxtalaşdırma riskini minimuma endirmək və müasir beynəlxalq standartlara uyğun mühafizə elementlərini tətbiq etməkdir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












