Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri

Rusiyalı kardioloq Valeriya Bonadıkova yeriyərkən siqaret çəkməyin sağlamlıq üçün ciddi təhlükə yarada biləcəyini bildirib. Avtosfer.az xəbər verir ki, həkimin sözlərinə görə, sürətli addımlarla yeriyərkən orqanizm artıq yüklənmə rejimində işləyir, nəbz və nəfəsalma sürətlənir, ürək isə orqanizmə daha çox oksigen çatdırmağa çalışır. Bu zaman siqaret tüstüsündə olan nikotin qan damarlarının daralmasına, qan təzyiqinin və ürək döyüntüsünün artmasına səbəb olur. Nəticədə orqanizmin oksigenə tələbatı artsa da, damarların daralması və tüstünün təsiri oksigenin çatdırılmasını çətinləşdirir. Həkim qeyd edir ki, küçədə tələsən insanlar adətən qısa və sürətli nəfəs alır, bəziləri isə nikotini daha tez qəbul etmək üçün nəfəsini saxlayır. Bu isə ürək ritmində pozulmalara səbəb ola bilər. Mütəxəssis xüsusilə hipertoniya, ürəyin işemik xəstəliyi, aritmiya, diabet və aterosklerozdan əziyyət çəkən şəxslər üçün yeriyərkən siqaret çəkməyin daha təhlükəli olduğunu vurğulayıb.(milli.az)
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












