114 saylı marşrut xəttində islahatlara başlanıldı - SXEM

Dünən 114 saylı marşrut xəttində qeydə alınan qayda pozuntusu ilə bağlı istismarçı şirkət tərəfindən dərhal reaksiya verilib. Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, 114 saylı marşrut xəttində istismar olunan 10 TG 090 saylı avtobusu idarə edən sürücü Abbasov Seymur Sədaqəddin oğlu ön və arxa qapıları açıq şəkildə idarə etdiyi üçün dərhal işdən azad edilib, xətt üzrə məsul şəxslərə töhmət verilib. Bundan başqa həmin marşrut xətti üzrə avtobusların sayının bu gündən etibarən 14-dən 24-dək artırılması barədə şirkət rəhbərliyi tərəfindən qərar verilib, həmin xətt üzrə istismar olunan avtobuslarda mövcud olan problemlərin dərhal aradan qaldırılması üçün gücləndirilmiş iş rejiminə keçirilib.
Məlumat üçün bildirək ki, Bakı-Şamaxı yolunun genişləndirilməsi nəticəsində 114 saylı marşrut xəttinin hərəkət sxemində məcburi dəyişiklik olub. Belə ki, “Müşviq” qəsəbəsinə giriş bağlandığı üçün avtobuslar bu qəsəbəyə daxil ola bilmir və qəsəbəyə daxil olmaq üçün avtobuslar sərnişinlərlə bərabər əlavə olaraq 4 km yol qət etmək məcburiyyətində qalır ki, bu zaman avtobuslar arası interval pozulur, avtobuslarda baş verən gecikmələr sərnişinlərin narazılığına səbəb olur. Eyni zamanda baş verən dəyişiklik nəticəsində ciddi istismar xərcləri və.s.itkilər baş verir.
Bu məqsədlə istismarçı şirkət tərəfindən sentyabr ayında “Müşviq” qəsəbəsinin icra nümayədələri ilə bilikdə əraziyə baxış keçirilib, qəsəbə ilə yeni salınmış yaşayış məntəqəsi arasında qısa məsafəli yolun açılması zərurəti müəyyən edilib və şirkət tərəfindən müvafiq sxem hazırlanıb. Hazırlanmış təklif müvafiq rayon icra hakimiyyətinə ünvanlanıb. Lakin bu günə kimi heç bir rəsmi cavab verilməyib.
Bütün bunlara baxmayaraq 114 saylı marşrut xətti üzrə bütün zəruri tədbirlər şirkət tərəfindən görülür və yaxın zamanlarda həmin xəttin “Bakı Kart” elektron ödəniş sisteminə keçidi nəzərdə tutulub.
Emin



Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










