Banner

Sərnişinlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq

Yeniliklər 25 Noyabr 2026 14:30
Sərnişinlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq
WhatsApp kanalımıza abunə olun

“BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.

Avtosfer.az xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-dan 01:00-dək Mastercard kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.

Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir.

Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir.

 

Oxunub : 150
ŞƏRH YAZ
Ad

E-mail

Şərh