25 yaşında prorektor, 36-da icra başçısı olub - FOTO

Azərbaycanda gənc yaşlarında karyera pillələrində sürətlə irəliləyən məmurlardan biri də Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucovdur. Ölkənin alovlu YAP-çılarından sayılan Orucov həm hakim partiyada, həm də dövlət qurumlarında məsul vəzifələr tutmağı bacarıb.
Avtosfer.az xəbər verir ki, Seymur Orucov 27 oktyabr 1984-cü ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib. O, "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.
Seymur Orucovun yüksəlişində Azərbaycan Dövlət İqtisad Universiteti xüsusi rol oynayıb. Orucov bu təhsil ocağında aspirant və müəllim, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 2009-2011-ci illərdə isə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri işləyib.
Fotoda: Seymur Orucov

Seymur Orucov hakim partiyada da məsul vəzifələr tutub. O, 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 2010-cu ildə "Tərəqqi" medalı, 2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Seymur Orucov mətbuatda haqqında ən çox yazılan icra başçılarından biridir. O, şəxsi həyatı və geyim tərzi ilə tez-tez gündəmə gəlir. Hazırda internet resurslarında onun fəaliyyətindən bəhs edən 1000-dən çoxu xəbər, məqalə, müsahibə və reportaj var. Bu materiallarda tənqid yükü çoxluq təşkil edir./metbuat.az
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












