"5 mərtəbə" darəsinin bir hissəsində yol bağlandı – VİDEO

Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazinin 26 hektarında aparılan yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri çəkilərək yaxınlıqdakı mövcud xətlərə birləşdirilir. “Sovetski” ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsini təmin etmək üçün Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb. Bu məqsədlə Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən qələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.
Aparılan təmir-tikinti işləri zamanı ərazidə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə hərəkətdə edilmiş daha bir müvəqqəti dəyişilik edilib. Belə ki, Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələrinin dairəyə daxil olaraq Mirzəağa Əliyev küçəsinə doğru hərəkəti yalnız Şıxəli Qurbanov küçəsindən istifadə edib geriyə dönməklə mümkündür. Bu üzdən sürücülərin Füzuli meydanında hərəkətdə olarkən diqqətli olmaqları tövsiyyə olunur.
Sözügedən ərazidə işlərin 1 həftə ərzində davam etdirilərək yekunlaşdırılması nəzərdə tutulub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














