7 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur – VİDEO

Təmas xəttində yerləşən kəndlərimiz daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr sırasında yolların yenidən qurulması prioritet məsələlərdən biridir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulur. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, Təkcə Ağdam rayonunda bu il 17 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub. Onlardan biri də 5.4 km uzunluğunda Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yoludur. Sözügedən yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidən qurulur.
Yolun uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmaması gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Məhz buna görə yolun yenidən qurulması 7 yaşayış məntəqəsinin 5 minə yaxın əhalisinin ürəyincə olub.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun deformasiya uğrayan hissələri qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və yeni 10 metr enində torpaq yatağı inşa olunub. Hazırda tikinti norma və qaydalarına uyğun olaraq yol boyu layihəyə uyğun müxtəlif diametrli mövcud suötürücü borunun təmiri və tikintisi işləri həyata keçirilir, əsasın alt layının tikintisi üçün hazırlıqlar görülür.
Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə iri dənəli asfalt-beton və aşınma laylarının tikintisi işləri aparılacaq. Bu işlər isə yolun hərəkət hissəsini eni 6 metr nəzərə alınaraq 30 min m2-dən çox sahəni əhatə edəcək. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, üfiqi nişanlanma xətlərinin çəkilişindən sonra yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Qısa müddət ərzində təmir-tikinti işlərinin aparılaraq yekunlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında lazımi sayda qüvvə əraziyə cəlb olunub.
Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifahına müsbət təsir edən kənd təsərrüfatının inkişafına gətirib çıxarır.
Fidan
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI












