Ağdaşda əsas avtomobil yolu yenilənir– FOTO+VİDEO

Ağdaş rayonunda Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yenidənqurma işlərinin aparıldığı Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun ümumi uzunluğu 34 km-dir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Hazırda ərazidə yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yol əsası hazır olandan sonra yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə 200 min kv.m-dən çox sahənin asfatlanması nəzərdə tutulur. Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni 2 metr, hərəkət hissəsi isə 6 metr olacaq. 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq yol 4-cü texniki dərəcəyə uyğun olaraq tikilir. Bundan başqa, tikinti işləri zamanı avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 120 ədəd müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də aparılacaq. Avtomobil yolunun əsaslı şəkildə bərpası 4 yaşayış məntəqəsinin sakinlərininin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşıması asanlaşacaq. Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq. Xatırladaq ki, yenidənqurma-tikinti işləri texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Kənan
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
















