“Airbus” uça bilən konsept avtomobilini təqdim edib – FOTO+VİDEO

Dünyanın ən məşhur təyyarə istehsalçılarından olan “Airbus” şirkəti bu dəfə də özünü uçan avtomobil sənayesində yoxlamaq qərarına gəlib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, şirkət Cenevrə Avtomobil Sərgisində “Pop up” adı verdiyi yeni uça bilən konsept avtomobilini təqdim edib. “Italdesign” şirkəti ilə birlikdə hazırlanan konsept avtomobil dronların istifadə etdiyi texnologiyaya oxşar şəkildə 4 pərvanə sayəsində havaya qalxaraq uça bilir. Avtomobilin yüngül və zərbələrə davamlı olması üçün “Pop up”ın korpusu tamamilə karbon fiber materialdan hazırlanıb. 2,6 metr uzunluğu olan avtomobil süni intellektlə də təchiz olunacaq. Belə ki, gedəcəyiniz yerin koordinatları dediyiniz zaman avtomobil həmin əraziyə quru və ya hava yolu ilə getməyə ən optimal variantı hesablayaraq özü qərar verəcək. Avtomobilin seriya istehsalına nə vaxt başlanılacağı bilinməsə də, “Airbus” şirkəti avtomobil sənayesinin gələciyini uçan avtomobillərdə gördüyünü açıqlayıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












