Ali Məhkəməyə yeni hakimlər təyin olundu

Azərbaycanda bir sıra məhkəmələrə yeni təyinatlar olub.
Avtosfer.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunması, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin isə vəzifəsi dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur.
Eyni zamanda, Aytən Heydər qızı Əliyeva, Telman Qulaməli oğlu Hüseynov, Elnur Aləm oğlu Nuriyev, Fərid Sabir oğlu İsmayılzadə, Elşən Uğur oğlu Abdullayev, Elməddin Mirpaşa oğlu Hüseynov və Rəna Nazim qızı Qafarovanın vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi nəzərdə tutulur.
Sənədə əsasən, Vahid Nəriman oğlu Sadıqovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Nural Turab oğlu Əliyevin isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunması təklif edilir.
Bununla yanaşı, Bilal Mahir oğlu Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Etibar Mustafa oğlu Mustafayev və Anar Əlifğa oğlu Əsgərovun Şəki Apellyasiya Məhkəməsinin hakimləri, Fəxri Hümmət oğlu Hacızadə və Nicat Rauf oğlu Ağabəyovun isə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin olunmaları nəzərdə tutulur.
Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq qəbul edilib.
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!










