"Asan qatar" sistemi yaradılacaq - Azərbaycanda

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Asan qatar" sisteminin yaradılması nəzərdə tutulur.
Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bunu "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" adlı konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
Onun sözlərinə görə, bu sistem dövlət orqanları xidmətlərinin vətəndaşlara göstərilməsinə imkan verəcək. Bununla yanaşı, bu yaxınlarda Bakıda Asan Kommunal Mərkəzi də yaradılacaq.
İ.Kərimov qeyd edib ki, artıq Prezident tərəfindən dövlətin idarəedilməsi, onun modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu islahatların tərkib hissəsi kimi 4 il əvvəl "Asan xidmət" yaradılıb. Bu gün "Asan xidmət" bir çox qurumlarla əməkdaşlıq şəraitində çalışır.
İ.Kərimov onu da əlavə edib ki, bu günədək "ASAN xidmət"ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir: "Elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün priotitet sahədir. Azərbaycan brendi olan "Asan xidmət" dünya səviyyəsində də tanınıb. "Asan xidmət" korrupsiyaya qarşı uğurlu bir modeldir".
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












