ASC: "Ağsu aşırımında sürüşmə ilə əlaqədar yol çəkilişi üçün xüsusi layihə hazırlanacaq"

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mürəkkəb relyefə malik olan 30 kilometrlik Ağsu aşırımı hisəssinin sürüşmə və seysmik zona olduğu üçün ayrıca layihə kimi həyata keçirilməsi planlaşdırılır. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “Xalq” qəzetində dərc olunan “Heydər Əliyev iqtisadiyyatın inkişafında yol infrastrukturunun roluna yüksək qiymət verirdi” başlıqlı məqaləsində yazıb. S.Məmmədov qeyd edib ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-107 kilometrlik Muğanlı-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər davam etdirilir. Layihənin icrası bir neçə mərhələdə həyata keçirilir. Bu il yolun Müşviqabad qəsəbəsinin ərazisindən keçən 13,3-15,1 kilometrlik hissəsinin, 29,6 kilometrlik Müşfiqabad-Cəngi, 44,6-67,5 kilometrlik Cəngi-Qobustan və 67,5-91-ci kilometrarası Qobustan-Bədəlli hissələrinin tikintisi başa çatdırılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












