Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq - Azərbaycanda

"Aviasiya haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq Komitəsinin bugünki iclasında müzakirə olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib ki, dəyişikliyə beynəlxalq təşkilatların tələbləri əsasında başlanılıb. Bu, əsasən Çikaqo Konvensiyasının tələblərinin daxili normativ aktlarda öz əksini tapması ilə bağlıdır. Dəyişikliklə, uçuşların təhlükəsizliyi proqramı hazırlanmalı və qanunda öz əksini tapmalıdır.
O bildirib ki, hazırda uçuşların təhlükəsizliyi ilə bağlı Adminstrasiyanın uçuşlar haqqında qaydaları var və yeni proqram hazırlanmasında həmin qaydalardan istifadə olunacaq və həmin qaydalar proqram formasına salınacaq. A.Məmmədov qeyd edib ki, həmin proqramda heyət üzrlərinin səhvlərindən baş verən hadisələrin olmaması üçün müəyyən özəl sistemin yaradılması da nəzərdə tutulur. Bir sözlə, Adminstrasiyanın qərarları yetərli deyil, dövlət qanununda əks olunmalıdır. Ona görə də bu dəyişiklik vacibdir. Onun sözlərinə görə, dəyişiklik uçuşların standartlara uyğunluq faizinin artırılmasına imkan verəcək.
O həmçinin yaxın zamanda struktur dəyişikliklərinin də olacağını qeyd edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












