Avtobus sürmək üçün yaş həddi tələbi qüvvəyə mindi - Azərbaycanda

Azərbaycanda sərnişin avtobuslarını idarə etmək hüququ qazanmaq üçün yaş hədləri ilə bağlı tələb qüvvəyə minib. Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ 26 yaşdan yaranıb. Əsasnaməyə edilən dəyişikliyə əsasən yaş həddi çərçivəsi 26 yaşdan 65 yaşadək müəyyənləşdirilib. Xaptırladaq ki, “DE” qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobillərdir. Müvafiq tələb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunda əksini tapıb. “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə bu tələbin tətbiqinə başlanacaq.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












