Azadlıq prospektinin daha bir hissəsi təmir edildi - FOTO

Vətəndaşlarımızın rahat gediş-gəlişini təmin etmək istiqamətində Binəqədi rayonu, Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Biləcəri-Baksol yolunadək olan hissəsinin də təmiri işləri görülüb. Prospektin sözügedən hissəsinin uzunluğu 1.6 km, ortalama eni isə 20 m-dir. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Əsaslı təmir işləri çərçivəsində yolun köhnə-asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Əvəzinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə Azadlıq prospektinin sözügedən hissəsinin 30 min m2 sahəsi asfaltlanıb.
Bundan başqa aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları yenilənib.
Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.
Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılıb. Bunun üçün üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Qeyd edək ki, bundan öncə Azadlıq prospektinin Ziya bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan 1.6 km-lik hissəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmışdı. Sözügedən hissədə bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz hərəkət təmin olunaraq, müasir infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Namiq
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR














