AZAL Bakı-Tbilisi-Bakı aviareyslərinin sayını 10-a çatdırır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə aviareyslərin sayın artırır. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinin yaydığı məlumatda bildirilir. Qurum bildirir ki, artıq AZAL müvafiq razılığı əldə edib. Aviareyslər "Airbus A319" markalı təyyarə ilə yerinə yetiriləcək. Hazırda AZAL qeyd edilən marşrut üzrə həftədə 7 dəfə uçur. AZAL prezidentinin köməkçisi Paşa Kəsəmənski isə bildirib ki, martın 26 etibarən uçuşlar yay qrafikinə əsasən yerinə yetiriləcək. Beləliklə, martın son bazar günündən etibarən bu marşrut üzrə həftə ərzində yerinə yetirilən aviareyslərin sayı 8-ə çatdırılacaq. Mayın 2-dən isə reyslərin sayı 9-dək, mayın 4-dən isə 10-dək artırılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












