Azərbaycan "Aİ-95" benzin istehsal edəcək - VİDEO

Hazırda xaricdən ixrac edilən 95 markalı benzini Azərbaycan özü istehsal edəcək.Bundan başqa Azərbaycanda istehsal olunan digər yanacaq növlərinin keyfiyyəti də dəfələrlə artacaq. Bu, Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma işləri sayəsində mümkün olacaq. Zavodun Modernizasiya və yenidənqurma üzrə direktor müavini Rasim İbrahimov bildirir ki, artıq yenidənqurma üçün fit layihə hazırdır və yaxında tender keçirilərək tikinti işlərinə başlanacaq.
Smeta dəyəri 1 milyard 500 milyon dollar olan modernizasiya işləri neft emalı sahəsində dünyanın aparıcı şirkətləri ilə birgə həyata keçirilir. Bu isə o deməkdir ki, əldə olunan məhsullar da ən yüksək keyfiyyətdə olacaq, eləcə də zavodun istehsal həcmi artırılacaq.
Yeni qurğuların quraşdırılacağı ərazilərdə isə hazırlıq işləri demək olar ki artıq yekunlaşmaq üzrədir.
Onu da qeyd edək ki, Azərbaycanda istehsal olunan 92 markalı benzin hazırda avro-3 standartlarına uyğundur və 95 markalı benzin isə xaricdən idxal olunur. Dövlət başçısının qarşıya qoyduğu hədəflərdən biri də məhz yanacağın keyfiyyətinin yüksəldilməsi və 95 markalı benzinin Azərbaycanda istehsalının təmin edilməsi ilə bağlıdır. Yüksək keyfiyyətli yanacaqdan isə Azərbaycanda sürücülər 2020-ci ildən istifadə etməyə başlayacaqlar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












