Azərbaycan Qazaxıstandan yeni teplovozlar alıb

Qazaxıstandan Azərbaycana yeni teplovozlar tədarük edilib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC ilə Qazaxıstanın "Lokomotiv quraşdırma" SC arasında əldə edilən razılaşma əsasında ölkəyə yeni istehsal edilmiş, yükdaşıma üçün nəzərdə tutulan TE33A "Evalution" tipli teplovozların növbəti partiyası çatdırılıb. Qeyd edək ki, Azərbaycana gətirilən bu teplovozlar dizel yanacağının sərfiyyatına görə, iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilib, çəkisi 138 ton, gücü (4 400 at gücü) 3 356 kVt-dır. Xatırladaq ki, bu teplovozların birincisi 2015-ci ildə Çinin Şixezi şəhərindən çıxan ilk konteyner qatarını Azərbaycana gələndə ölkəyə gətirilib. Teplovozlar sahə üzrə 3 200 tonluq yük qatarını sərbəst daşıya bilər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












