Azərbaycana baharın gəlişı martın 20-si saat 14:28-də baş verəcək

Azərbaycana bahar gəlir: bu, martın 20-də Bakı vaxtı ilə saat 14:28 (Qrinviç vaxti ilə 10:28) radələrində baş verəcək. Həmin gün gecə və gündüz bərabərləşəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Belə ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək, Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu, astronomiyada “yaz bərabərliyi nöqtəsi” adlanır. Həmin vaxtdan etibarən şimal yarımkürəsində başlayan astronomik bahar iyunun 21-dək davam edəcək. Baharın gəlişilə torpaq və təbiət canlanır, ağaclar qış yuxusundan oyanır. İlk yarpaqlar, ilk çiçəklər açılır, kənddə yaz-tarla işləri başlayır. Köçəri quşlar geri dönür. Bir sözlə, həyat təzələnir. Təsadüfi deyil ki, baharın ilk günü həm də yeni ilin başlanğıcı sayılır və coşqu ilə bayram edilir. Azərbaycanda bu gün bayram axşamı kimi qeyd olunur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












