Azərbaycanda "Avro-5" dizel və benzin istehsal ediləcək - VİDEO

Azərbaycanda Avro-5 satandarlarına cavab verən dizel və benzin yanacağı istehsal ediləcək. Xezerxeber.az məlumat verir ki, bunun üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda hazırlıqlar görülür. Bu barədə 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib. O bildirib ki, 2020-ci ildə "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qaz hasil ediləcək. Bu bizə əlavə 16 milyard kubmetr həcmində qaz hasil etməyə imkan verəcək. Bununla da ölkədə 2020-ci ildə 44,5 milyard kubmetr qaz hasil ediləcək. Bununla yanaşı dünya bazarlarında neftin qiymətinin stabilləşməsi Azərbaycanı qane edir. Rəsmi Bakı OPEC-in bütün təkliflərini dəstəkləyir.
30 ölkəni təmsil edən 400- dən çox nümayəndənin iştirak etdiyi Beynəlxalq Xəzər neft , qaz konfransı 2 gün davam edəcək. Burda müxtəlif dövlətlərin nümayəndləri, aparıcı neft-qaz şirkətlərinin rəhbərləri və ekspertlər dünyada enerji hasilatı, idarə edilməsi və nəqli üzrə məsələləri müzakirə edəcək, məruzələrlə çıxış edəcəklər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












