Azərbaycanda pullu yol hazırlanır - SON VƏZİYYƏT - VİDEO

Ələt-Astara magistralına alternativ çəkilən 4 zolaqlı yeni yol bu ilin sonuna kimi istifadəyə veriləcək. Avtosfer.az xəbər verir ki, uzunluğu 204 km olan və hazırda istifadə edilən yolu 40 km qısaldan bu yolda işlərin böyük hissəsi yekunlaşdırılıb və bəzi ərazilərdə asfaltlanma işləri aparılır. Yolun gələn il istifadəyə veriləcək 50 km-lik hissəsi Salyan rayonu Şorsulu qəsəbəsi ərazisinə düşür. Müvəqqəti olaraq sürücülər hazırda isitfadə edilən yoldan keçməklə yenidən bu magistrala çıxa biləcəklər.
İki gediş və iki gəliş zolaqından ibarət olacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yol boyu 55 əsas kənd və qəsəbələrdən keçən hissədə körpü və birləşmələr inşa edilib.
Yeni çəkilən yol Ələt-Astara yoluna alternativ olacaq və yolun pullu olması nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabtinetinə təklif göndərilib. Qəbul edilərsə, nəqliyyat vasitələrinin növünə görə rüsum da fərqli olacaq.
Pullu yol istifadəyə verildikdən sonra hazırda istifadə edilən biri gəliş, biri gediş olmaqla 2 zolaqlı yol da təmir ediləcək və alternativ yol kimi istifadəyə veriləcək. Onu da vurğulayaq ki, hazırda istifadə edilən yol ensiz olduğundan burada tez-tez ölümlə nəticələnən qəzalar baş verir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












