Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır

Azərbaycanda beynəlxalq ticarət əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq yükdaşıma əməliyyatları ilə bağlı proseslərin rəqəmsallaşdırılması, məlumatların xarici ticarət iştirakçıları ilə aidiyyəti dövlət orqanları arasında real vaxt rejimində inteqrasiyasının təmin edilməsi və ölkənin logistika sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə digər qurumların iştirakı ilə Rəqəmsal Logistika Platforması (DLP – Digital Logistics Platform) yaradılır.
“DLP” – idxal, ixrac və tranzit əməliyyatlarını vahid “elektron bir pəncərə” üzərindən idarə etməyi hədəfləyən innovativ platformadır. Prosedur və fəaliyyətlərin mümkün dərəcədə sadələşdirilməsini ehtiva edən informasiya sistemi ilk növbədə xarici iqtisadi fəaliyyətdə mövcud olan və kağız üzərində aparılan çoxsaylı pərakəndə və səmərəsiz proseslərin aradan qaldırılmasını, xarici ticarət iştirakçıları və aidiyyəti dövlət orqanları arasında rəqəmsal mühitdə məlumat mübadiləsinin və inteqrasiyaların təmin edilməsini, eləcə də proseslərin xarici ticarət iştirakçıları üçün əlçatan və vahid mərkəzdən idarə oluna bilməsini nəzərdə tutur.
Xarici iqtisadi fəaliyyət çərçivəsində idxal, ixrac və tranzit əməliyyatlarına dair sənədlərin əldə olunması üçün müxtəlif qurumlara ayrıca müraciət tələb olunur ki, bu da həm elektron, həm də fiziki prosedurların uzanmasına, vaxt itkisinə və eyni məlumatların təkrar təqdim edilməsinə səbəb olur. Bu baxımdan mal və nəqliyyat xidmətlərinin fasiləsiz hərəkətinin təmin olunması, sərhəd-keçid və nəqliyyat prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün sadələşdirilmiş, istifadəçi yönümlü, “vahid pəncərə” prinsipi ilə işləyən, qurumların məsuliyyətini ayrı-ayrılıqda müəyyən edən və icra keyfiyyətini, həmçinin sürətini ölçmə imkanı verən bir nəqliyyat-logistika platformasının yaradılması təxirəsalınmaz tələb idi.
Qeyd olunan çağırışlara uyğun hazırlanacaq DLP informasiya sistemi nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətlərin şəffaflaşdırılması, sadələşdirilməsi, həmin fəaliyyətlərin operativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətinin artırılması, o cümlədən yük axınlarının “ağıllı” idarə edilməsi, daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi və yükdaşıma müddətlərinin optimallaşdırılması üçün əlaqəli proseslərin və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasını, aidiyyəti dövlət orqanlarının idxal-ixrac və tranzit əməliyyatlarına dair monitorinqlər aparmasını və statistik məlumatların emal olunmasını nəzərdə tutur.
Platforma dörd əsas moduldan ibarətdir:
-
“Ticarət bələdçisi” modulu xarici iqtisadi fəaliyyət subyektlərinə məhsul üzrə axtarış zamanı seçilmiş daşıma və əməliyyat növünə (idxal, ixrac, tranzit) uyğun olaraq dövlət qurumlarının tələblərini və icra mərhələlərini addım-addım göstərir, tələb olunan sənədlər və icraçı qurumlar barəsində təqdim edir.
-
“Ticarət xidmətləri” modulu xarici iqtisadi fəaliyyət zamanı tələb olunan sənədlərin vahid elektron müraciət əsasında əldə edilməsini təmin edir.
-
“Rezervasiya modulu” yük sahibləri və daşıyıcılar arasında körpü rolunu oynayaraq elan yerləşdirmə və uyğun təklif əsasında tərəfdaşlıq imkanları yaradır.
-
“Hesabatlılıq modulu” istifadəçilərin əməliyyatları əsasında ətraflı analitik hesabatların hazırlanmasını təmin edir. Modul məlumat əsaslı qərarvermə, dövlət qurumları üçün çevik hesabatların təqdim olunması kimi üstünlüklərə malikdir.
Platformanın əsas modullarından olan “Ticarət bələdçisi” artıq istifadəyə hazırdır. Modulda məhsul üzrə axtarış zamanı xidmətin rüsumu, icra müddəti və əlaqəli digər məlumatlar, həmçinin daşınma növü, əməliyyat növünə görə filtrləmə imkanları mövcuddur.
Platformada növbəti aylarda “Ticarət xidmətləri” modulunun istifadəyə verilməsi planlaşdırılır. Bu modul çərçivəsində xarici iqtisadi fəaliyyət üçün tələb olunan icazə, lisenziya və digər müvafiq sənədlərin platforma üzərindən əldə edilməsi nəzərdə tutulur.
“DLP” regionda logistika xidmətlərinin rəqəmsallaşdırılması sahəsində atılan ilk addımlardan biridir və Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyini gücləndirəcək. Bu təşəbbüs isə ölkədə rəqəmsal transformasiya istiqamətində növbəti mühüm mərhələ olacaq.
Platformanın yeniliklərindən vaxtında xəbərdar olmaq və təqdim olunan xidmətlərdən yararlanmaq üçün rəsmi veb-saytı və sosial şəbəkə hesablarını izləyə bilərsiniz:
-
Veb-sayt – https://dlp.gov.az/
-
“Instagram” – https://www.instagram.com/dlp.gov.az/
-
“Facebook” – https://www.facebook.com/dlp.gov.az/
-
“LinkedIn” – https://www.linkedin.com/company/digital-logistics-platform/
Prezident onu rektor təyin etdi - SƏRƏNCAM
Bakının bu ərazisində nəqliyyat sıxlığı tam aradan qaldırıldı - FOTO - VİDEO
Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO
Bu marşrut üzrə bütün avtobuslar yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Ən son kimyəvi kəşf artıq nəqliyyat sahəsində tətbiq ediləcək - VİDEO
Bakıda metro xəttinin altından maşın yolu keçəcək - VİDEO
Prezident fərman imzaladı - Gömrük Komitəsinə yeni səlahiyyət verildi
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO
"Bolt" Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu atrixdə başlayacaq - RƏSMİ
Bakıda saatda 50 kilometr limiti: YENİLİKDİRMİ?








