Azərbaycanın daha bir gəmisi beynəlxalq sularda üzməyə başlayıb – FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) “Professor Əziz Əliyev” adında daha bir gəmini Xəzərdən kənarda istismar edəcək. Gəmiçilikdən Avtosfer.az-a verilən məlumata görə, gəmi Rusiyanın Nijni Novqorod şəhərində tikilib. Ən son tələblərə cavab verən tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 141, eni 16,7, suya oturumu 4,2, bortun hündürlüyü 6 metrdir. "Qara dəniz, Azov dənizi, Aralıq dənizi hövzələrində yükdaşıma əməliyyatları zamanı istismar olunacaq “Professor Əziz Əliyev” gəmisinin 14 nəfərlik bütün heyəti azərbaycanlılardan ibarətdir. Rusiya Təsnifat Cəmiyyətinin nəzarəti altında tikilən və istismar ediləcək gəminin təhlükəsiz idarəetmə sistemi isə Amerikanın “ABS” (Amerika Gəmiçilik Bürosu) şirkətinə məxsusdur", - deyə xəbərdə bildirilib. Bununla belə, tankerin fəaliyyətinə Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ötən il Türkiyədə təsis etdiyi “Casptankers” şirkəti nəzarət edəcək. “Professor Əziz Əliyev” gəmisi artıq ilk səfərini edib. Bu gün tanker Tuapse limanından Bolqarıstana doğru yol alıb. Xatırladaq ki, “Professor Əziz Əliyev” gəmisi AXDG-nin uzun fasilədən sonra Qara dənizdə istismar etdiyi ilk tankerdir. İndiyədək Gəmiçiliyin xarici sularda üzən 10 gəmisi quru yüklər daşıyırdı. Gəmiçiliyin xarici sularda fəaliyyəti uzun müddətdən sonra 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub.
Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ
Moped sürücüləri üçün YENİ TƏLƏBLƏR
Rusiyada təyyarələrlə bağlı yeni qadağa – RİSK VƏ XƏRCLƏR ARTDI
Motosikletlə təcili tibbi yardım - Yeni modelin üstünlükləri
Şuşanın “Tarqovı”sı adlanan Qarabağ küçəsində nələr dəyişəcək? - FOTO
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı - VİDEO
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi











