Bakı Dəmiryolu Vağzalında yatmağın qiyməti müəyyənləşdi - FOTO

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulan “Sleepbox” istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova azvision.az-a bildirib ki, “Sleepbox”da istirahət etmək istəyən sərnişin 1 saat üçün 10 manat ödəniş etməlidir. Şöbə rəisi qeyd edib ki, hazırda 1 ədəd olan “Sleepbox” ehtiyac olarsa, artırılacaq. Qeyd edək ki, “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub. Sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər. “Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. “Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













