"Bakı Metropoliteni" 25 eskalator alır - Almaniyadan

Almaniyanın "Thyssenkrupp Elevator" şirkəti "Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında Azərbaycana 25 ədəd yüksəksürətli eskalator göndərəcək. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, alman şirkəti müvafiq tenderin qalibi elan olunub. Alınan 8 eskalator "Sahil" və "Xətai" stansiyaları, digər 17 eskalator isə yeni açılacaq stansiyalardan biri üçün nəzərdə tutulub. "Xətai" stansiyası üçün nəzərdə tutulan 4 eskalatorun uzunluğu 48,7 metr təşkil edir və bu, "Thyssenkrupp" tərəfindən indiyədək istehsal olunan ən uzun eskalatorlardır. Şirkətdən bildirilib ki, müqavilənin dəyəri onlarla milyon avro təşkil edir. Yeni eskalatorların quraşdırılması Bakı metrosunun ötürücülük qabiliyyətini 30% artıracaq. Beləliklə, il ərzində metro ilə daşınan sərnişinlərin sayı 222 mln. nəfərə çatacaq. Qeyd edək ki, "Thyssenkrupp Elevator" şirkətinin dünya üzrə 900-dən çox nümayəndəliyi var. Bakı metrosu 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropolitenin iki xətti üzərində 25 stansiya yerləşib. 2030-cu ilədək Bakı metrosunun stansiyalarının sayının 76-ya çatdırılması nəzərdə tutulub.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












