Bakı Metropolitenindən yeni xidmət - Sxem

Bakı Metropoliteni QSC-nin rəsmi saytında olduğunuz stansiyadan gedəcəyiniz satnsiyaya nə qədər məsafə qət edəcəyinizi öyrənə bilərsiniz. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, Bakı Metropoliteni rəsmi saytı vasitəsilə sərnişinlərin işini asanlaşdırmaq üçün belə bir xidmət təqdim edib. Sərnişin bir stansiyadan bir başqa stansiyaya nə qədər müddətə getdiyini sayt vasitəsilə öyrənə bilir. Rəsmi saytın ana səhifəsində mövcud olan metro stansiyalarının xəritəsində olduğunuz və getmək istədiyiniz stansiyaları seçirsiniz. Sayt avtomotik olaraq sizə iki stansiya arasında nə qədər məsafə olduğunu və bu məsafəni neçə dəqiqəyə qət edəcəyinizi göstərir. Saytın bu xidməti həm sərnişinlərin işini asanlaşdırır, həm də seçim etmək imkanı verir. Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, saytın bu xidməti elə ilk gündən fəaliyyət göstərir. Metropolitenin rəsmi saytında qarşınıza çıxan xəritədə bunu öyrənmək mümkündür.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












