Bakı metrosunda daha bir yarımstansiya istismara verilib

Bakı metropolitenində daha bir yarımstansiya yenidən qurularaq istismara verilib. "Bakı Metropoliteni" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, 1967-ci ildə istismara verilmiş "Gənclik" stansiyasında yerləşən alçaldıcı yarımstansiya həmin vaxtdan sonra ilk dəfə idi tamamilə yeniləşdirilirdi. Ötən illərdə yarımstansiyada yalnız cari təmir və yeniləşmə işləri aparılıb. Ən böyük yenilik isə bir neçə il əvvəl yeni tipli akkumulyatorların tətbiqi olub. "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra metropolitendə elektrik təchizatı sisteminin yenilənməsi məsələsinə daha geniş miqyasda baxılmasına başlanılıb. Bu isə mövcud yarımstansiyaların yeniləşməsini daha səmərəli və qənaətli şəkildə həyata keçirməyə imkan verir. Yarımstansiyada müasir dövrün tələblərinə cavab verməyən avadanlıqların hamısı tamamilə yenilənib, yeni texnika və texnologiyaların tətbiqi nəticəsində stansiyanın elektrik enerjisi ilə təmin olunmasının dayanıqlı və fasiləsiz olmasına nail olunub. Burada 6 kV kompleks paylayıcı quruluşların tətbiqi ilə köhnə yağ açarları "Evolis" tipli vakuum analoqları ilə əvəzlənib. Paylayıcı qurğularda 380 V və 220 V gərginlik yeni tipli avtomatik açarlarla idarə olunur. Bu isə məsafədən idarəetməyə imkan verir. Bununla da mərkəzi dispetçer məntəqəsindən yarımstansiyanın işinin idarə olunmasına şərait yaranıb. Həmçinin yarımstansiyada avtomatik iş yerləri yenidən qurularaq müasir texnologiyaların və dispetçer idarəetməsinin tam funksionallığı ilə tətbiq edilməsinə şərait yaradılıb. Bundan əlavə, qatarların hərəkətinin avtomatik tənzimlənməsi sisteminin qidalanması və sabit cərəyən elektrik lövhələri tamamilə yenidən qurulub. Eləcə də istismar müddətini başa vurmuş 4 ədəd transformator yeni analoqları ilə əvəzlənib. Yarımstansiyada «Siemens» şirkətinin 630 və 400 kVA gücündə müasir tipli transformatorları quraşdırılıb. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının tələbləri tam təmin olunub. Müasir havalandırma və soyutma sistemləri yeniləşmiş yarımstansiyanın fəaliyyətini daha da etibarlı edəcək. Təmir tədbirləri çərçivəsində otaqlarda əsaslı işlər aparılaraq, müasir iş şəraiti yaradılıb.
Son illərdə "D-2", "Koroğlu", "Elmlər Akademiyası" və "Sahil" yarımstansiyalarında analoji işlər aparılıb. "Nərimanov" elektrik deposunda iş həcminin artması, yeni istehsalat, fəaliyyət və təmir-bərpa sahələrinin yaradılması ərazidəki "Depo-2" yarımstansiyasının yenidən qurulmasını zəruri edir. Bu məqsədlə yeni ikimərtəbəli bina inşa edilib, yeni kabel kollektoru çəkilib. May ayında isə sahədə yeni avadanlıqların quraşdırılmasına başlanılacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












