Bakı-Şamaxı yolunda 7 piyada keçidi inşa olunur - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-100-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən 7 yerüstü piyada keçidi inşa edilir. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, işlər yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət edilməklə aparılır. Yeni yerüstü piyada keçidlərindən biri yolun Qaradağ rayonu Müşviqabad qəsəbəsindən keçən hissəsində, digərləri isə Qobustan rayonunun ərazisində yerləşirlər.
Keçidlər yerləşir:
1. 27.3-cü km, Qaradağ rayonu Müşviqabad qəsəbəsi,
2. 56.7-ci km, Qobustan rayonu Cəngi kəndi,
3. 79.2-ci km, Qobustan rayonu Şıxzahırlı kəndi,
4. 86.1-ci km, Qobustan rayonu Arabu kəndi,
5. 91.7-ci km, Qobustan rayonu Nərimankənd kəndi,
6. 92.7-ci km, Qobustan rayonu,
7. 99-cu km, Qobustan rayonu.
Bütün piyada keçidləri 2 aşırımlı, üstü açıq və metal konstruksiyadan ibarətdir, yer səthindən hündürlükləri 5.5 metr, qalereyasının eni isə 3 metr təşkil edir, pilləkən hissə ilə bərabər uzunluqları 35.5-46.7 metr arası dəyişir. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Cəngi kəndi ərazisində yerləşən piyada keçidinin inşası artıq yekunlaşaraq vətəndaşların istifadəsinə verilib, digər ərazilərdə isə işlər yekunlaşmaq üzrədir. Piyada keçidlərinin inşası ilə bağlı görülən işlər tamami ilə yekunlaşdıqdan sonra ətrafında abadlıq işlərinin aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələrin yaradılması və zəruri yol nişanlarının quraşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1-ci texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilən 23-101-ci km-lik hissəsində 9 yerüstü piyada keçidindən əlavə, 19 yeraltı keçidin də inşası aparılır.
Piyada keçidləri Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən inşa olunur.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















