Bakı-Zabrat-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir - FOTO

"Bakı Sərnişin"-Zabrat-"Sumqayıt Sərnişin" istiqamətində 29,2 km uzunluğunda dəmir yolu təmir olunur. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bu gün Nərimanov-"Bakı Sərnişin" mənzilində 1 km uzunluğunda yolun qoyuluşuna başlanılıb. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir, işlər mərhələli şəkildə aparılır.
Xatırladaq ki, "Bakı Sərnişin"-Zabrat-"Sumqayıt Sərnişin" dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabrın 8-də start verilib. Bu günə kimi 5,5 km yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb. Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edə biləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















