Bakıda böyük piyada körpüsü tikilir - "Beşmərtəbə"də

Bakıda nəhəng piyada körpüsü inşa edilir. Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirilib. A.Nəcəfli deyib ki, yerüstü park-körpü "Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin, bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi” və “Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi çərçivəsində inşa edilir: "Bu mərhələdə Təzəpir məscidi qarşısında sahəsi 11.631 kv. metr olan, 338 avtomobil üçün yeraltı dayanacaq, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən, uzunluğu 112 və eni 52 metr olan piyada körpüsü, 11.650 kv. metr – Park, həmçinin, 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub. Hal-hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












