Bakıda bu avtobuslar pulsuz WiFi-a qoşuldu - FOTO

Bu gündən etibarən "Xaliq Faiqoğlu" şirkətinin istismarında olan 18, 61, 65 saylı marşrut xəttlərində hərəkət edən avtobuslarda pulsuz WiFi xidməti sərnişinlərin istifadəsinə verilib. Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, Bakcell şirkəti ilə birgə layihə çərçivəsində xüsusi WiFi modemlər quraşdırılıb ki, hər bir avtobusun daxilində 50 GB həcmli internet paketdən istifadə mümkündür. İnternetdən istifadə üçün heç bir şifrə tələb olunmur. Layihə çərçivəsində mərhələli şəkildə bütün avtobuslarda pulsuz internet zonalar yaradılacaq.
Bununla yanaşı 18 saylı marşrut xətti üzrə hrəkət edən yeni "BMC Procity" markalı avtobusların daxilində istehsalçı zavod tərəfindən xüsusi USB portlar quraşdırılıbr ki, sərnişinlər həmin portdan istifadə etməklə mobil elektron cihazların enerjisini təmin edə bilərlər.
Məlumat üçün bildirək ki, "Xaliq Faiqoğlu" MMC 2005-ci ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ən böyük özəl şirkətlərdən biridir. Şirkətin 13 marşrut xətti üzrə 300-ə yaxın avtonəqliyyat vasitəsi mövcuddur. Hazırda 18, 61, 65, 79, 85, 96, 135 saylı xəttlərdə elektron ödəniş sistemi (Bakı Kart) tətbiq olunur.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













