Bakıda daha bir küçənin əsasən qurulması aparılır - VİDEO

"Azəravtoyol" ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri aparılır. "Azəravtoyol"dan Avtosfer.az-a verilən məlumata görə, yenidənqurma işləri sözügedən küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1,9 km-lik hissəsində aparılır. Layihə çərçivəsində küçənin eni 4-5 metrdən yerlərdən asılı olaraq 9-12 metrə qədər genişləndirilib. Yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb. Hazırda yolun asfaltlanması işlərinə start verilib. Ümumilikdə, yolun asfaltlanması üçün 20 min kv. metr sahəyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
E.Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1,5 metr enində piyada səkiləri inşa edilib və bu səkilər üçün 5 min poqon metrsəki daşından istifadə olunub. Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyyat keçidləri salınıb, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulub həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılıb.
Qeyd edək ki, asfaltlanma işləri tamamilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərci xətlərinin çəklişi işləri aparılacaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















