Bakıda daha iki keçidin açılışı oldu – FOTO+VİDEO

Bu gün Bakıda daha iki yerüstü piyada keçidi istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, piyada keçidləri Bakı-Quba-Rusiya sərhədi (M-1) avtomobil yolunun 12.2-ci km-də və Bakı şəhəri, Sabunçu rayonu şəhər şosesində inşa olunub.
Keçidlərin istifadəyə verilməsi mərasimində “Azəravtoyol”un sədri Saleh Məmmədov, sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin rayon rəhbərliyi və ictimayyəti iştirak edib.
Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
“Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən keçidlərin dayaqları dəmir-beton, aşırım hissələri isə metal konstruksiyadan ibarətdir. Hər ikisinin pilləkan hissədən ibarət 2 giriş-çıxışı mövcuddur.
M-1 avtomobil yolunun 12.2-ci km-də inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 44,8 metr, pilləkən hissəsinin uzunluğu 20 metr olmaqla, ümumi uzunluğu 64,8 metr təşkil edir. Bu, bir aşırımlı (orta dayaqsız) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5,5 metrdir.
Sözügedən keçidin tikintisində 65 ton metal, 280 kubmetr beton, 27,4 ton armatur, 60 kv. metr qranit və 600 kv. metr aqlay istifadə olunub. Layihə çərçivəsində keçidin yanında vətəndaşların rahat şəkildə avtobuslardan istifadə etməsi üçün 2 ədəd dayanacaq inşa olunub.
Qeyd edək ki, keçidin tikintisinə cari ilin iyun ayında başlanılıb.
Bakı şəhəri, Sabunçu rayonu şəhər şosesində inşa inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 42,3 metr, pilləkən hissəsinin uzunluğu 32,7 metr olmaqla, ümumi uzunluğu 75 metr təşkil edir. Bu, iki aşırımlı (orta dayaqlı) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5,5 metrdir.
Müntəzəm sərnişin daşıması ilə məşğul olan avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə keçidin yerləşdiyi ərazidə yol hər bir istiqamət üzrə genişləndirilərək əlavə hərəkət zolaqları yaradıllıb, yeni piyada səkiləri inşa edilib.
Sözügedən keçidin tikintisində isə 44,9 ton metal, 160,2 kubmetr beton, 21,5 ton armatur, 586 kv.m qranit, 18 kv.m aqlay və fasadın üzlənməsi üçün 1 139 kv.m alkopan materialı istifadə olunub.
Bu keçidin tikintisinə isə sentyabr ayında başlanılıb.
Qeyd edək ki, hazırda Bakı şəhəri ərazisində 11 yerdə yeraltı və yerüstü piyada keçdilərinin inşası aparılır. Yaxın gələcəkdə zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət piyada keçidlərinin inşası nəzərdə tutulub.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO






















