Bakıda elektrik qatarları bərpa oluna bilər

Bakıətrafı qəsəbələrə elektrik qatarlarının bərpa edilməsi istiqamətində işlər aparılır. "Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, Abşeron və şəhərətrafı qəsəbələrə gedən elektrik qatarlarının reysləri bərpa olunur. Məlumat verən mənbənin sözlərinə görə, elektrik qatarlarının reysləri köhnəlmişdi: "Həmin reyslər dəyişdirilir, bərpa olunur. Dəqiq vaxt söyləmək mümkün olmasa da, yaxın gələcəkdə eletrik qatarlarının işə düşməsi gözlənilir".
Qeyd edək ki, Milli Məclisin noyabrın 22-də keçirilən iclasında deputat Çingiz Qənizadə Bakıda tıxacların aradan qaldırılması üçün elektrik qatarlarının bərpa edilməsinin vacibliyini qeyd edib. Deputat bildirib ki, elektrik qatarlarının bərpası həm də ekoloji durumun yaxşılaşmasına səbəb olacaq. Ç.Qənizadə hesab edir ki, elektrik qatarlarının bərpası turizmin inkişafına da müsbət təsir göstərə bilər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












