Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, "28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. Belə ki, AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.
Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.
Bildirilib ki, yeni ekspres xətləri bunlardır:
M1 – Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında
M2 – Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında
M3 – Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında
M4 – Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında
M5 – Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında
M6 – Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında
Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur.
Sərnişinlər alternativ marşrutlar barədə məlumatı "AYNA MaaS" tətbiqi vasitəsilə də əldə edə bilərlər.
Layihənin icra müddətində metronun "28 May", "20 Yanvar", "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər.
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO












