Bakıda Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb - VİDEO

Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi artıq hazırdır. Bakı Nəqliyyat Agentliyi (BNA) yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan "Hablar konsepsiyası" çərçivəsində daha bir layihəni uğurla reallaşdırıb. Avtosfer.az xəbər verir ki, bu açıqlamanı BNA-nın maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev yayıb. "Lökbatan dairəsi ətrafında Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd paytaxtın cənub qapısında keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelini formalaşdırmaqdır. Gün ərzində Qaradağ rayonunun qəsəbələri və şəhərin mərkəzindən müntəzəm sərnişindaşıma xidməti göstərən 14 marşrut üzrə 70-80 ədəd orta və iritutumlu avtobusun daxil olduğu Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahatlığı nəzərə alınaraq 5 dayanacaq pavilyonu quraşdırılıb", - deyə M.Ağayev qeyd edib. M.Ağayevin sözlərinə görə, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasını şərtləndirən digər vacib məqam dairə yaxınlığından müəyyən intervallarla ölkənin müxtəlif şəhər və rayonlarına ümumilikdə 50-60 ədəd kiçik və iritutumlu avtobusların hərəkət etməsi, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sərnişindaşıma xidməti göstərməsidir: "Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində müntəzəm sərnişindaşıma xidməti göstərən müxətlif növ nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradırdı. Xüsusi ilə yol kənarında dayanacaq və gözləmə məntəqələrinin olmaması səbəbindən vətəndaşlar avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanırdılar. Belə olduğu halda, avtobus və taksilər sərnişinlərin minib-düşməsinə ciddi təhlükə yaratmaqla bərabər, günün gur vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdular".
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












