Bakıda "London taksiləri" rəngini dəyişir - FOTO

Bakıda fəaliyyət göstərən bənövşəyi “London taksiləri” tədricən yerini ağ rəngli, görüntüsündə müəyyən dəyişikliklər edilmiş eyni model taksilərə verir. Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Taksi” MMC-nin rəhbəri Ramal Ağayev Trend-ə deyib ki, şirkətin balansında olan taksilər tədricən ağ rəngdə boyanaraq istifadəyə verilir: “Taksilərin ag rəngə boyanması “Bakı Ağ Şəhər” layihəsinə uyğun olaraq həyata keçirilir. Yeni rənglənmiş taksilər iki istiqamət üzrə fəaliyyət göstərəcək. Üzərində ağ şahmat damaları olan taksilər yalnız hotellərin qarşısında dayanaraq qonaqlara, sarı şahmat damaları olan taksilər isə şəhər sakinlərinə xidmət göstərəcək”. R.Ağayev taksilərdə vahid tariflərin tətbiqi məsələsinə də toxunub: “Əlbəttə, vahid tarifin tətbiqi sağlam rəqabətə və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bu gün bir çox taksilər xidmət keyfiyyətinin səviyyəsi aşağı olsa da, müxtəlif qiymətlər tətbiq etməklə müştəri cəlb etməyə çalışırlar, lakin vahid tarifin tətbiqindən sonra yalnız xidmət keyfiyyətinin yüksək olması ilə müştəri cəlb etmək mümkün olacaq. Bu baxımdan biz də əsasən xidmət keyfiyyətinin yüksəldilməsinə diqqət ayırırıq”.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO














