Bakıda marşruta yeni avtobuslar buraxılıb - FOTO

Bakı şəhərinin marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində paytaxta yeni nəqliyyat vasitələri gətirilib. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. “Çinar Trans” MMC-nin gətirdiyi 20 ədəd avtobus sərnişindaşıma ilə bağlı BNA-nın müvafiq normaitv-hüquqi aktlarına əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur: "Euro-5" standartına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslərin eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb".
Qeyd edək ki, 2017-ci ildə “Çinar Trans” MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, BNA-nın müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən, gələn ilin birinci yarsında paytaxta daha 350 nəqliyyat vasitəsi gətiriləcək. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Yeni avtobuslar əsasən şəhərin mərkəzi hissəsində istismar ediləcək. Yeni avtobusların nağdsız ödəniş sisteminə keçirilməsinə gəlincə bildirildi ki, bu gələn ilin birinci yarsınadək mümkün olacaq. Ümumilikdə isə həmin müddətə qədər 700 avtobusda bu sistemin tətbiqi nəzərdə tutulur.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq





















