Bakıda qadın sürücülər taksi xidmətinə cəlb olunacaq: Yeni avtomobillərlə - FOTO

Bakıda qadın sürücülər taksi xidmətinə cəlb olunacaq. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Bakı Taksi" MMC-nin rəhbəri Ramal Ağayev deyib. R.Ağayev bildirib ki, MMC yaxın vaxtlarda qadın sürücüləri də taksi fəaliyyətinə cəlb etmək niyyətindədir: "Bəzən insanlar ailələrini, uşaqlarını kişi sürücülərə etibar etməkdən çəkinirlər. Biz bu məsələləri nəzərə alaraq yaxın gələcəkdə qadın sürücüləri də taksi fəaliyyətinə cəlb etməyi nəzərdə tuturuq. Bizim şirkət tərəfindən cəlb olunacaq qadın sürücülər çəhrayı rəngdə avtomobillərlə taksi xidməti göstərəcəklər. Artıq bir qadın sürücümüz Bakıda taksi xidməti göstərməyə başlayıb və xidmət keyfiyyətinə görə kişi sürücülərdən geri qalmır". R.Ağayev vurğulayıb ki, bu məqsədlə müsabiqə keçirilməsi nəzərdə tutulur: "Təqribən 25-40 yaş arası qadın sürücüləri işə cəlb etmək niyyətindəyik. Qadın sürücülər müsabiqə yolu ilə seçildikdən sonra sürücülük məktəbində iki aylıq təlim keçəcək və ondan sonra taksi xidməti göstərməyə başlayacaqlar. Həm də cəlb ediləcək qadın sürücülərin 5 illik sürücülük təcrübəsi olmalarına diqqət yetiriləcək, çünki bu, məsuliyyətli bir məsələdir. Burada yalnız öz həyatına görə deyil, digər insanların da həyatına görə məsuliyyət daşıyırsan".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














