Bakıdakı marşrutlarda GPS sisteminin quraşdırılması başa çatdı

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın marşrut avtobuslarında GPS sisteminin quraşdırılmasını yekunlaşdırıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda sistemin yoxlanış mərhələsi həyata keçirilir:
"Sərnişin avtobuslarında GPS sisteminin quraşdırılması quraşdırlması ilə bağlı işlər yekunlaşıb və sistem test mərhələsindədir. Yaxın günlərdə GPS sistemi ictimayyətə təqdim ediləcək".
M.Ağayev qeyd edib ki, bu sistemin imkanları həm marşrut şəbəkəsində, həm də ümumi paytaxtın nəqliyyat sistemində illərdən bəri mövcud olan problemlərin həllinə imkan verəcək:
"GPS sistemi vasitəsi ilə sərnişin avtobuslarına tam nəzarət təmin ediləcək. Bundan sonra biz biləcəyik ki, hər hansı bir marşrut xətti üzə hərəkət edən avtobus dayanacağa hansı müddətdə gələcək, olduğu yolda sürət həddinə əməl edilir, dayanacaqdan kənar saxlayır, ya yox. Bu sistem avtobusların iştirakı ilə baş verən yol qəzalarının araşdırılmasında da mühüm əhəmiyyət kəsb edəcək. Belə ki, biz artıq GPS sistemi vasitəsi ilə biləcəyik ki, qəza baş verən zaman avtobusun sürəti dəqiq nə qədər olub".
Agentlik rəsmisi deyib ki, sistem vasitəsilə sərnişinlər dayanacaqlardakı məlumat terminalları vasitəsi ilə gözlədikləri avtobus barədə dəqiq məlumatları əldə edə biləcəklər: "Bu sistem yeni qurulanda bir müddət işlədi, lakin sonradan yaranan problemlər səbəbindən özünü tam doğurultmadı. Lakin Bakı Nəqliyyat Agentliyi sistemdə mövcud olan əvvəlki problemlərin təkrarlanmamsı üçün bütün zəruri adımları atıb. Sistem tam qurulub ki, bundan istifadədə hər hansı bir çətinlik olmasın".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












