Bakıdan Rusiyaya yeni yolla getmək mümkün olacaq - Tikinti başlayıb - VİDEO

Bakıdan Rusiya sərhədinə qədər yeni tikiləcək yolla da getmək mümkün olacaq. Bunun üçün artıq tikinti işlərinə başlanılıb. Avtosfer.az-ın məlumatına görə, Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikiləcək yol sürücülərin işini daha da rahatlaşdıracaq. Çəkiləcək 119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir.
Yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Gəndob yaşayış məntəqəsinə qədər olan hissəsinin 1-ci texniki dərəcəyə uyğun tikilməsi nəzərdə tutulur. Əsas qəsəbə və rayon mərkəzlərindən magistral yola giriş-çıxış yolları çəkiləcək. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolda heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması da nəzərdə tutulub.
Avtomobil Yolları Dövlət Agentliyinin idarə rəisi Əflatun Qasımovun sözlərinə görə, əgər yolun çəkilişi zamanı layihəyə obyektlər və yaşayış elvəri düşərsə sahibinə qurum tərəfindən kompensasiya ödəniləcək. Yolun istifadəyə veriləcək tarixi isə hələ ki, bəlli deyil.
Qeyd edək ki, Prezident İlham Əliyev bu yolun tikintisi ilə bağlı sərəncam imzalayıb. Sərəncamın icrası üçün Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat vəsait ayrılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












