Bakıətrafı qəsəbələrə elektrik qatarları işləyəcək - Cavid Qurbanov - VİDEO

Paytaxtda və Bakıətrafı qəsəbələrdə 25-ə yaxın köhnə stansiya bərpa ediləcək. Avtosfer.az-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Artıq işlərə başlanılıb və dəmir yolu xətləri yenilənir. Əsas xətlərdən biri Novxanıdan keçməklə Bakıdan Sumqayıta qədərdir. Digəri Bakıətrtafı qəsəbələr və şəhər daxilində olacaq. Onun sözlərinə görə, ikinci bir yol Dübəndiyə qədər gedəcək. Yeni xətlərdə elektrik qatarları işləyəcək. Qatarların sürəti isə 160 kilomterə qədərdir.
Cavid Qurbanov deyib ki, bu işlərin görülməsi üçün büdəcədən 3 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. O, "Şimal-Cənub" nəqliyyat dəhlizindəki son vəziyyətdən də danışarq bildirib ki, bu dəhlizlə yük daşımaq üçün maraq böyükdür. Çünki həm bu xətt Avropaya yaxındır, həm də daşıma qiymətləri aşağıdır.
Hazırda Çindən əlavə yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












